EN

Mask elan etdi: AP-nin pulu azaldılır

ABŞ hökumətinin mediaya xərcləri, o cümlədən “Assoşeyted Press” agentliyinə abunəliyi vergi ödəyicilərinin pullarının israfıdır və bu, azaldılacaq.

İNFOAZ.WS xəbər verir ki, bunu məşhur milyarder, ABŞ Hökumətinin Effektivliyi Departamentinin rəhbəri İlon Mask X şəbəkəsində deyib.

Hökumətin “Assoşeyted Press” xəbər agentliyinə milyonlarla dollar pul xərcləməsi xəbərlərini şərh edən Mask qəzəbli post yazıb:

“Müvəqqətidir. Bu, açıq-aşkar vergi ödəyicilərinin pullarının israfıdır!”

Qeyd edək ki, Bayden administrasiyası dövründə bu nəşrlərdə Azərbaycan əleyhinə onlarla material dərc olunub.

Chosen
19
2
infoaz.ws

3Sources