EN

Helikopter qəzası - Milyarder iş adamı dünyasını dəyişdi

İtaliya mətbuatında yer alan xəbərlərə görə, dünən saat 19.30 radələrində Parmanın Kastelqelfo şəhərində vertolyot qəzaya uğrayıb.

News24.az xəbər verir ki, qəzada helikopterdəki iki pilotun və şirniyyat məhsulları sənayesinin qabaqcıl adlarından olan iş adamı Lorenzo Rovaqnatinin həyatını itirdiyi bildirilib.

Qəza sıx duman və ya quyruq rotorunda mexaniki nasazlıq yarandığı üçün görmə qabiliyyətinin azalmasından pilotun səhvi nəticəsində baş vermiş ola bilər.

Bildirilib ki, İtaliya Milli Uçuş Təhlükəsizliyi Agentliyi (ANSV) helikopterin qəzaya uğraması ilə bağlı araşdırmalara başlayıb, Parma Respublika Prokurorluğu isə helikopterin qara qutusunun tapılaraq araşdırılmasına göstəriş verib.

Günel Məlikzadə


Chosen
22
news24.az

1Sources