EN

Biləsuvarda AĞIR QƏZA: Beş nəfər xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə köhnə Bakı-Astara magistralının rayonun Əsgərabad kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, VAZ-2115 və "Mercedes" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan beş nəfər Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Chosen
78
50
oxu.az

10Sources