EN

Azərbaycanın U-21 yığmasının rəqibləri məlum oldu

21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında 2025-2027-ci il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

"Unikal" AFFA-nın saytına istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

B qrupunda yer alan U-21 Portuqaliya, Çexiya, Bolqarıstan, Şotlandiya və Cəbəllütariq yığmaları ilə mübarizə aparacaq.

2025-ci ilin martında başlayacaq seçmə mərhələ 2026-cı ilin oktyabr ayına qədər davam edəcək.

Chosen
18
unikal.az

1Sources