EN

"Paşa Bank"ın vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) “PAŞA Bank” ASC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edib.

FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində bankda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb.

Son nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci, 598.4-cü maddələrinə əsasən “PAŞA Bank”ın vəzifəli şəxsi Ağdam Rayon Məhkəməsinin qərarı ilə 10 min manat cərimə edilib.

Chosen
42
49
fed.az

10Sources