EN

“Sabah”ın sabiq müdafiəçisi 29 yaşında karyerasını bitirdi

“Sabah”ın və “Qəbələ”nin sabiq futbolçusu Zurab Oçiqava karyerasını başa vurub.

Msport.az xəbər verir ki, gürcüstanlı müdafiəçi özü bunu açıqlayıb.

O, 29 yaşında futboldan getmək qərarına gəldiyini bildirib. Oçiqava bundan sonra məşqçiliklə məşğul olacağını deyib. Keçmiş karyerasına da toxunan sabiq müdafiəçi ən uğurlu illərini “Sabah”da keçirdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, Zurab Oçiqava 2021-2023-cü illərdə “Sabah”ın, 2023-24 mövsümündə isə “Qəbələ”nin formasını geyinib. O, son klubu “Qəbələ”dən ötən ilin yayında ayrılıb.

Chosen
5
msport.az

1Sources