EN

İstanbulda tarixi bazarda yanğın - Fotolar

İstanbulda tarixi “Misir bazarı”nda yanğın baş verib.

“Qafqazinfo” NTV-yə istinadən xəbər verir ki, yanğın hadisəsi bazarın yanındakı restoranda qeydə alınıb.

Hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, polis və təcili tibbi yardım maşınları göndərilib.

Yanğınsöndürənlərin müdaxiləsi ilə yanğın nəzarətə götürülüb.

4 mərtəbəli binada baş verən yanğının səbəbi hələlik bəlli deyil.




Chosen
91
6
qafqazinfo.az

10Sources