EN

USAID-in Azərbaycanda fəaliyyəti dayandırılıb

AzVision.az bildirir ki, Azərbaycan Xarici İşlər nazirliyinin mətbuat katibi Ayxan Hacızadə belə açıqlama verib.

Bundan əvvəl Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında de-yure olaraq 1 iyun 2024-cü il tarixdən etibarən USAİD-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsası olmadığını diqqətə çatdırmışdı:“USAİD-in Azərbaycanda təmsilçiliyinin də heç bir əsası yoxdur. Onların fəaliyyətinin tam olaraq dayandırılmasının vaxtı yetişib”.

USAID-in ən gülünc xərclərinin siyahısı açıqlanıb
Xatırladaq ki, Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra USAID-in iri donor təşkilatı kimi fəaliyyətini məhdudlaşdıran qərarlar verilib. Agentliyin veb-saytının artıq fəaliyyətini dayandırdığı, onun adının yazıldığı lövhələrin isə Vaşinqtonun mərkəzindəki baş qərargahın binasından yığışdırıldığı bildirilir. Agentliyin “X” sosial şəbəkəsindəki hesabı da ləğv edilib.

Həmçinin, USAID-in fəaliyyətini tənqid edən prezident Donald Trampın onu Dövlət departamenti ilə birləşdirməyi və işçilərini ixtisar etməyi planlaşdırdığını yaxın günlərdə elan edəcəyi iddia olunur.

Sahil İsgəndərov
AzVision.az
Chosen
16
18
azvision.az

10Sources