EN

Yaponiyada yağan qar nəqliyyatın fəaliyyətini dayandırdı

Yaponiyanın şimal-qərbinə yağan qar ölkənin nəqliyyat sistemində fasilələr yaradıb.

Avtosfer.az bu barədə dünya mediasına istinadən xəbər verir.

Belə ki, "All Nippon Airways" və "Japan Airlines" bir sıra reysləri ləğv edib.  Bundan əlavə, Honsunun mərkəzindəki dəmir yolu nəqliyyatı dayandırılıb.

Son məlumata görə, əlverişsiz hava şəraiti səbəbindən bir nəfər ölüb.

Meteoroloqların məlumatına görə, Şirakava şəhərində iki gündə rekord miqdarda qar yağıb.

Qeyd edək ki, ölkədə bu həftə sonu daha çox qar yağacağı gözlənilir.(iqtisadiyyat)

Chosen
34
avtosfer.az

1Sources