EN

Makron Əhməd əş-Şaranı Fransaya dəvət etdi

Fransa prezidenti Emmanuel Makron Suriya prezidenti Əhməd əş-Şara ilə telefon danışığında onu ölkə prezidentliyinə keçməsi münasibətilə təbrik edib və bu keçid dövründə Suriyaya tam dəstəyini ifadə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Makron əl-Şaraanı yaxın həftələrdə Fransaya səfərə dəvət edib. 

O, həmçinin Fransanın Suriyaya qarşı sanksiyaları ləğv etmək üçün addımlar atdığını vurğulayıb. 

Prezidentlər Suriyada təhlükəsizlik məsələlərini müzakirə edərək, təhlükəsizliyin və sabitliyin qorunması üçün birgə çalışmağın vacibliyini vurğulayıblar.

Chosen
28
1
operativmm.az

4Sources