EN

​"Qalatasaray" dayanmaq bilmir -

"Qalatasaray" müdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib. Metbuat.az xəbər verir ki, "Qalatasaray" kolumbiyalı müdafiəçi Karlos Kuesta üçün "Genk"lə anlaşıb. Xəbərdə deyilir ki, Karlos Kuesta Kolumbiya millisində Davinson Sançeslə birgə çıxış edir. Futbolçunun klubu ilə anlaşan “Qalatasaray”, onun özü ilə də bir sıra məsələlərdə razılığa gəlib. Türkiyə mediasının məlumatına görə, “Genk” futbolçu üçün 8 milyon avro, Kuesta isə 1,5 milyon avro illik maaş istəyir. "Qalatasaray" klubunun skaut komandasının Kuestanın transferi barədə rəy verdiyi deyilir. Texniki heyət və rəhbərlik, transferin iqtisadi tərəfini razılaşdırmaq üzrədir.

Qeyd edək ki, Karlos Kuesta 2019-cu ildə 3,8 milyon avroya Belçikanın "Genk" komandasına transfer olunub. Buradakı performansı ilə diqqət çəkən Kuesta Kolumbiya milli komandasında da mütəmadi olaraq çıxış edir.

Chosen
8
metbuat.az

1Sources