EN

Şahdağda “Aysberq” adlı 2 hissəli elektron musiqi tədbiri keçirilib (FOTO)

Bakı. Trend:

Ötən həftə Qusarda ortaya çıxan “Aysberq” ölkədə böyük səs-küyəsəbəb olub. Belə ki, həmin gün “Solong” musiqi platformasıtərəfindən “Şahdağ” turizm mərkəzində “Iceberg” adlı 2 hissəlielektron musiqi konserti təşkil edilib. akart-ın dəstəyi iləkeçirilən tədbirdə dünyaca məşhur 2 əcnəbi və tanınmış 3azərbaycanlı DJ iştirakçılara 11 saat musiqi həzzi yaşadıb.

“Aysberq”in “İşıqlı tərəf” adlanan birinci hissəsi Şahdağınzirvəsində - 2351 metr yüksəklikdə keçirilib. Tədbirin buhissəsində Niderlanddan olan musiqiçi “Budakid” və Azərbaycanlı“Narahat” ləqəbli sənətçi çıxış edib. Qonaqlar 5 saat ərzində dağzirvəsidnə ekstremal şəraitdə elektron musiqinin “zirvəsinəqalxıblar”. “Buz dağı”nın “Qaranlıq tərəf” adlı ikinci hissəsi isəgecə başlayıb. Qapalı məkanda, Şahdağ tunelində baş tutan tədbirinnövbəti bölməsi səhərədək 6 saat davam edib. Tədbirin bu bölümündəlitvalı “Ten Walls” və yerli DJ-lər “Bunbeck” və “Estgamin” özifaları ilə elektron musiqi sevənləri coşdurublar. Tədbiriştirakçıları üçün akart ilə həm tədbir biletlərinə, həm də bardaödənişlərə 20% endirim hesablanıb.

“Solong” 2019-cu ildə qurulmuş müasir musiqi platformasıdır.Layihənin əsas məqsədi ölkədə elektron musiqinin inkişafına,alternativ konsert mədəniyyətinin formalaşmasına dəstək olmaqdır.Eyni zamanda, “Solong” öz tədbirləri ilə Azərbaycan mədəni irsinin,tarixi abidələrinin, turistik məkanlarının ölkədə və dünyadatanıdılmasında böyük rol oynayır. “Solong” multimedia layihələriilə ölkə tarixi və mədəniyyəti üçün xüsusi əhəmiyyəti olan vəikonik məkanları müxtəlif elektron musiqi janrları iləbirləşdirərək gənc auditoriyaya təqdim edir.

Şahdağda
Şahdağda
Şahdağda
Şahdağda
Şahdağda
Şahdağda
Chosen
31
3
az.trend.az

4Sources