EN

“QHGT Gənclər Həftəsi” adlı tədbir başa çatıb - FOTOLAR

Qoşulmama Hərəkatı Gənclər Təşkilatı (QHGT), "Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə keçirilən “QHGT Gənclər Həftəsi” adlı tədbir başa çatıb.

QHT.az xəbər verir ki, tədbirin sonuncu günündə iştirakçıların dünya görüşlərini yoxlamaq məqsədilə intellektual oyun keçirilib. Yarışın nəticəsinə əsasən ən yüksək nəticə toplayan üç komanda müxtəlif hədiyyələrlə mükafatlandırılıb. İntellektual oyundan sonra tədbir QHGT-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Zəhra Mahmudova və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin sektor müdiri Əsmər Yusifzadə tərəfindən keçirilən məlumatlandırıcı sessiyalar ilə davam edib. Tədbirin sonunda iştirakçılar sertifikatlarla təltif olunub.

Chosen
31
qht.az

1Sources