EN

Amerikalılar İsrailə "bütün bombaların anası"nı verəcəklər

Tramp administrasiyası İsrailə dünyanın ən güclü qeyri-nüvə bombalarından birini - MOAB-ı ("Bütün Bombaların Anası") verəcək. Bu barədə “Bild” yazır.

MOAB ("Bütün Bombaların Anası") bombasının çəkisi 11 tondur və İranın nüvə obyektləri kimi yerin dərinliklərində yerləşən bunkerləri məhv etməyə qadirdir.

Corc Buşdan başlayaraq ABŞ-ın bütün əvvəlki prezidentləri münaqişənin genişlənməsindən ehtiyat edərək bu silahları İsrailə verməkdən imtina etdilər.

Ekspertlər qeyd edirlər ki, bu, gələcəkdə İranın nüvə obyektlərinə hücum üçün siqnaldır.

Almaz Həsənli

Chosen
16
1
oxumeni.az

5Sources