EN

Akademik Musiqili Teatrda Polad Bülbüloğlu ilə 3 gün görüş olacaq

Bakı. Trend:

Bu gün Xalq artisti, görkəmli bəstəkar Polad Bülbüloğlunun 80 yaşıtamam olur. Bu münasibətlə yubilyarın şərəfinə 21, 22, 23 fevraltarixlərində saat 19:00-da Azərbaycan Dövlət Akademik MusiqiliTeatrında "Qorxma, mən səninləyəm!" (Yuli Qusmanın eyniadlı filmiəsasında) və "Nəğməmə inan" (libretto müəllifi Mixayıl Şerbaçenko)tamaşaları nümayiş olunacaq.

Trend xəbər verir ki, “PoladBülbüloğlu 3 gün sizinlə” layihəsində təqdim ediləcək bəstəkarınmusiqiləri əsasında hazırlanan hər iki tamaşanın bədii rəhbəri,teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoruƏliqismət Lalayev, quruluşçu rejissoru isə teatrın baş rejissoruCavid İmamverdiyevdir.

Yaradıcı heyətə quruluşçu dirijor Əməkdar incəsənət xadimiFəxrəddin Atayev, xormeyster Əməkdar artist Vaqif Məstanov,quruluşçu baletmeysterlər Əməkdar artistlər Emin Əliyev və NigarŞahmuradova, quruluşçu rəssam Vüsal Rəhim, dirijor SəmədSüleymanlı, konsertmeysterlər Kamil Həsənov və Fidan Əliyeva, qrimüzrə rəssam Aybəniz Hüseynova, rejissor assistenti Tamilla Aslanovadaxildir.

Layihədə Xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova,Əməkdar artistlər Boris Qrafkin, Ələkbər Əliyev, Əzizağa Əzizov,Çingiz Əhmədov, Nahidə Orucova, Nərgiz Kərimova, Şövqi Hüseynov,Almaz Ələsgərova, Fərid Əliyev, Prezident mükafatçısı MehribanZaliyeva, aktyorlar Firus Məmmədov, Rauf Babayev, Emil Heydərov,Elçin İmanov, Ülviyyə Əliyeva, Nicat Əli, Leonid Klets, EleonoraMustafayeva, Fərid Rzayev, Telli Hüseynova, Təranə Əliyeva,Elməddin Dadaşov, Nərminə İsmayılova, Adelin Öztürk, Əli Kərimov,Murad Əliyev, eləcə də teatrın xor və balet truppasının artistləriiştirak edəcəklər.

Xatırladaq ki, 44 il öncə çəkilmiş "Qorxma, mən səninləyəm!"filminin əsasında Musiqili Teatrda fərqli quruluşda hazırlananeyniadlı tamaşa tanınmış rejissor və ictimai xadim, 60-cı illərinKVN komandasının məşhur kapitanı, Azərbaycanın Xalq artisti YuliSolomonoviç Qusmanın da 80 illik yubileyi münasibətiləgöstərilib.

Polad Bülbüloğlunun sehrli musiqiləri ilə unudulmaz anlaryaşamaq istəyənlər biletləri şəhərin bütün mərkəzləşdirilmişkassalarından, "ASAN xidmət" mərkəzlərindən, eləcə də "İticket.az"saytından əldə edə bilərlər.

Məqalədə:
Chosen
47
2
az.trend.az

3Sources