Tramp administrasiyasının Çinlə ticarət müharibəsi Avropada itkilərə səbəb ola bilər.
Bunu Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Pyero Sipollone deyib.
“Məni ən çox narahat edən prezident Trampın Çinlə tam miqyaslı ticarət müharibəsinə başlaya biləcəyidir”, - Reuters Sipollone-nin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, bu, "ciddi təhlükə"dir, çünki Çin dünya istehsal gücünün 35 faizinə sahibdir. O, əlavə edib ki, Çin ABŞ-ə məhdud çıxışı səbəbindən başqa bazarlar axtarmağa başlayacaq və “Avropaya dempinq qiymətləri tətbiq edərək, onların artımını ləngidə bilər”.