Dövlət Gömrük Komitəsinin (DGK) Balakən Gömrük İdarəsinə yeni rəis təyin olunub.
"AzPolitika"xəbər verir ki, "qaynarinfo"-nun verdiyi məlumata görə, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, gömrük polkovniki Yusifov Kamran İsa oğlu Balakən Gömrük İdarəsinin rəisi təyin edilib.
![](https://static.azpolitika.info/storage/news/9de47515b85076682d12deca6ffc3227/7aef3a15-eb50-40f3-813e-d81ed064d81e.jpg)