“Qazprom” Rusiya qazını “Türk axını” qaz kəməri ilə Slovakiyaya tədarük etməyə başlayıb.
Bu barədə “Dennik N” portalı Slovakiyanın enerji operatoru SPP-nin rəhbəri Voytek Ferensə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, “Qazprom”un tədarükləri fevralın 1-dən başlayıb və apreldən onların həcmi iki dəfə artmalıdır. Rusiyanın “Qazprom Export” tədarükçüsü ilə müqavilə 2034-cü ilə qədər qüvvədədir.