"Zabrat və Pirşağı yolunun kəsişməsində, Bilgəh-Sibriz ərazisindən Ziya Bünyadov prospekti istiqamətində Balaxanı kəndi tərəfli yol ötürücüsünün kəsişmə növbəsi işləri davam edir."
Nəqliyyat eksperti Aslan Əsədov bunu News365.az-a açıqlamasında deyib.
"Ərazidə Pirşağı kəndindən Sumqayıt istiqamətindəki yolun qovşağı, həmçinin Mehtabad, Göradir, Novxanı və Masazır istiqamətlərinə gedən yolların qovşaqları mövcuddur. Bu ərazi nəqliyyat gücü baxımından böyük potensiala malikdir. Yaxın gələcəkdə burada yeni layihələr icra olunacaq ki, bu da həm ərazinin iqtisadi inkişafına, həm də nəqliyyat sıxlığının azaldılmasına müsbət təsir göstərəcək. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə regionda ciddi dəyişikliklər gözlənilir."- deyə bildirib.