EN

Seymur Orucov vətəndaşların növbəti səyyar qəbulunu Kolxəlfəli kəndində keçirib – FOTOLAR 

Ölkə rəhbərliyinin müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq Ağstafa rayonunun şəhər, qəsəbə və kəndlərində vətəndaşların səyyar qəbulları davam etdirilir. RİH başçısının Kolaxəlfəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda yerli hüquq-mühafizə strukturlarının rəhbər şəxsləri, aidiyyəti təşkilatlardan nümayəndələr və kənd sakinləri iştirak ediblər.

RİH başçısı çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizin bu günü və gələcəyi naminə atdığı addımlar, əldə olunan tarixi qələbələrlə verdiyi hər bir vədi reallığa çevirdiyini təsdiqləmişdir.  Bir sözlə  bugünkü qüdrətli Azərbaycan Ulu Öndərimizin görmək istədiyi qalib, bütövləşən, yeni Azərbaycandır.
Səyyar qəbulda vətəndaşların səsləndirdikləri müxtəlif məzmunlu müraciət və təkliflər qeydiyyata alınaraq nəzarətə götürülüb. Qaldırılan hər bir məsələnin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib.

Chosen
4
1
moderator.az

2Sources