EN

Bir qrup Azərbaycan QHT-si Ermənistanın sanksiyalardan yayınmasına dair ABŞ-ın vitse-prezidentinə Açıq Məktub yazıb

Bakı. Trend:

Bir qrup Azərbaycan QHT-si ABŞ və Avropa İttifaqında Rusiyayaqarşı sanksiyaların tətbiqi və icrasına nəzarət üzrə əsas məsulqurumların rəhbərlərinə Açıq Məktub ünvanlayıb.

Trend məktubuolduğu kimi təqdim edir:

“Hörmətli ABŞ-ın vitse-prezidenti cənab Ceyms Devid Vens (JamesDavid Vance)!

Hörmətli ABŞ-ın dövlət katibi cənab Marko Rubio (Marco AntonioRubio)!

Hörmətli ABŞ-ın Xəzinədarlıq Katibliyinin rəhbəri cənab SkotBessent (Scott Bessent)!

Hörmətli ABŞ Ticarət katibi vəzifələrini icra edən cənab CeremiPelter (Jeremy Pelter)!

Hörmətli ABŞ-ın Baş prokuroru xanım Pamela Bondi (Pamela JoBondi)!

Hörmətli Avropa İttifaqı Şurasının prezidenti cənab AntonioKoşta (António Costa)!

Hörmətli Avropa Komissiyasının prezidenti xanım Ursula fon derLyayen (Ursula von der Leyen)!

Hörmətli Avropa İttifaqının Xarici işlər və təhlükəsizliksiyasəti üzrə Ali Nümayəndəsi cənab Kaya Kallas (Kaja Kallas)!

Biz, aşağıda imzası olan Azərbaycanın qeyri-hökumət təşkilatlarıUkraynada davam edən müharibə ilə əlaqədar tətbiq edilən beynəlxalqsanksiyalardan Rusiyanın yan keçməsinə şərait yaradan ErmənistanRespublikasının fəaliyyətindən ciddi narahat olduğumuzu bəyanedirik.

Cənubi Qafqazda ən kiçik xarici ticarət dövriyyəsinə malik olanErmənistanın 2022-ci ildə Rusiya ilə Ukrayna arasında başlayanmüharibədən sonra həm idxalında, həm də ixracında iqtisadipotensialına uyğun olmayan kəskin artımlar müşahidə edilməyəbaşlanıb. 2021-ci ildə Rusiya ilə Ermənistan arasındakı ticarətdövriyyəsi təxminən 2,5 milyard ABŞ dolları olduğu halda, 2024-cüildə 5 dəfəyə qədər artaraq 12 milyard ABŞ dolları səviyyəsinəçatıb. 2021-ci ilə qədər Ermənistanın mal və məhsul ixracındaRusiya Federasiyasının payı 27% həddini keçmədiyi halda,2022-2023-cü illər ərzində 40-44% həddinə yüksəlib. 2024-cü ilərzində Ermənistanın əsas ixrac coğrafiyası Rusiyadan idxal edilənqiymətli metalların üçüncü ölkələrə yönəldilməsi səbəbindən Ərəbkörfəzi ölkələri olub.

Ticarətin bu cür kəskin artması, xüsusən də yüksək texnologiyalımalların ixracı bu məhsulların hərbi məqsədlər üçün istifadəsi iləəlaqədar ciddi narahatlıqlar yaradır. Ermənistanın 2024-cü ildəRusiyaya ixracında önə çıxan yarımkeçiricilər, smartfonlar, rabitəcihazları və digər yüksək texnoloji avadanlıqların heç biriniErmənistan iqtisadiyyatı istehsal etməyə qabil deyil. Bu, RusiyanınUkraynadakı hərbi səylərini dəstəkləyə biləcək mallarınötürülməsini asanlaşdırmaqla sanksiyaların potensial pozulduğunugöstərir. Bu, Ermənistan kimi üçüncü iştirakçı vasitəsilə Rusiyanınsanksiyalardan yayınaraq, Ukraynadakı hərbi səylərini dəstəkləyəbiləcək mallar əldə etməsinə dəlalət edir.

Ermənistanın sanksiyalardan yayınmada artan rolu busanksiyaların Rusiyaya təsirini sarsıdan əhəmiyyətli boşluğa işarəedir. Bu vəziyyətə cavab olaraq, biz ABŞ və Aİ-ni aşağıdakıaddımları atmağa çağırırıq:

  • Ermənistanın ticarət əməliyyatlarına nəzarətartırılsın: Ermənistanın idxal və ixrac etdiyimalların daha sərt rejimdə yoxlanılmasını, bu sahədə şəffaflığıntəmin edilməsini, xüsusilə, müharibədə istifadə olunan mallarlaqanunsuz ticarətin qarşısının alınmasını tələb edirik!;
  • Sanksiyaların tətbiqi gücləndirilsin:ABŞ və Aİ hökumətlərinin mövcud sanksiyaları daha ciddi şəkildətətbiq etmələri vacibdir. Biz onları sanksiyalardan yayınmadaroluna görə Ermənistana qarşı məqsədyönlü sanksiyalar və ya ticarətməhdudiyyətləri tətbiq etməyə və Rusiyanın sanksiyalardan yankeçməsinə kömək edən istənilən dövlətə qarşı qəti addımlar atmağaçağırırıq.
  • Ermənistana diplomatik təzyiqgücləndirilsin: Biz Qərb hökumətləriniErmənistanın Rusiyaya bu cür dəstəyini dayandırması üçün diplomatiksəyləri gücləndirməyə çağırırıq. Ermənistana beynəlxalq hüquq üzrəöhdəlikləri, sülh və birgəyaşayış prinsiplərinə riayət etməkməsuliyyəti xatırladılmalıdır.

Ermənistanın Rusiyaya davamlı dəstəyi təkcə Ukraynada müharibəniuzatmır, həm də sülh və sabitliyin bərpası üçün beynəlxalq səylərəzərbə vurur. Ermənistanın öz hərəkətlərinə görə cavabdehlikdaşımaması beynəlxalq hüququn növbəti dəfə pozulmasına təkan verirvə sanksiyalar rejimini zəiflədir.

Biz qəti şəkildə inanırıq ki, beynəlxalq ictimaiyyətin vahid vəqətiyyətli mövqeyi Ermənistanın hərəkətlərini dayandırmaq vəRusiyaya qarşı sanksiyaların effektivliyini gücləndirmək üçün çoxvacibdir. Ümid edirik ki, siz bizim narahatlığımızı nəzərə alacaqvə Ermənistanın Ukraynada münaqişəni qızışdırmasının qarşısınıalmaq üçün lazımi addımları atacaqsınız.

Sonda, biz sizə üz tutaraq təcili çağırış edirik: ErmənistanınRusiyanı sanksiyalardan yayındırması dayandırılsın!”.

Müraciəti Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvüZaur İbrahimli, Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafınaYardım Fondunun rəhbəri Sabit Bağırov, Azərbaycan RespublikasıMüharibə, Silahlı Qüvvələr və Əmək Veteranları Təşkilatının RəyasətHeyətinin üzvü, istefada olan general-mayor Vladimir Timoşenko,İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kəramətİsmayılov, Azərbaycan Mühasiblər və Risk PeşəkarlarıAssosiasiyasının sədri Günay Şahbazova, Kiçik və Orta BiznesSubyektləri və Klublarının Assosiasiyasının İdarə Heyətinin sədriRamin Şərifov, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimaiBirliyinin sədri Fikrət Yusifov, Azərbaycanda Qadın Sahibkarlığınınİnkişafı Assosiasiyasının sədri Səkinə Babayeva, İqtisadiResursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev,İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədriEyyub Kərimli imzalayıblar.

Məqalədə:
Chosen
13
18
az.trend.az

10Sources