"Bu il biologiya, kimya, fizika, coğrafiya və informatika fənni müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur".
"Cebheinfo.az" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, gələn il üçün isə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə üzrə müəllimlər üçün imtahan planlaşdırılır:
"Bununla da 2027-ci ildə artıq bütün fənn müəllimləri sertifikasiyadan keçmiş olacaq".
E.Əmrullayev bildirib ki, 2026-cı ilin sonunadək bütün fənlər üzrə 40 min təhsilverən sertifikatlaşdırma prosesinə cəlb olunacaq.
"Cebheinfo.az"