EN

Yaxın günlərdə Rəqəmsal Məktəb layihəsinin test rejimində Bakıda tətbiqinə başlanılacaq

Yaxın günlərdə Rəqəmsal Məktəb layihəsinin test rejimində Bakıda tətbiqinə başlanılacaq.

Bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

O bildirib ki, ?Sima? ilə, identifikasiya kodu ilə valideyn öz uşağını onlayn izləyəcək.

?Sistemə dörd giriş olacaq: müəllim, şagird, valideyn və direktor üçün. Onların kabinetlərində hər birinə aid məlumatlar toplanılacaq?, ? deyə nazir əlavə edib.

Chosen
5
7
banker.az

8Sources