EN

ABŞ-də iki sərnişin təyyarəsi toqquşdu

Yaponiya Hava Yollarına məxsus təyyarə ABŞ-nin Sietl-Tacoma Beynəlxalq Hava Limanında “Delta Air Lines” sərnişin təyyarəsi ilə toqquşub.

"Cebheinfo.az" Amerikanın “NBC News” kanalına istinadən xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.

Bildirilib ki, qəza yerli vaxtla saat 10:40-da Sietl-Tacoma Beynəlxalq Hava Limanında baş verib.

Hazırda iki təyyarənin toqquşması səbəbilə bəzi uçuşlar dayandırılıb.

ABŞ Federal Aviasiya Administrasiyası hadisə ilə bağlı araşdırma apardığını açıqlayıb.

Hadisə zamanı insan tələfatı və maddi zərərlə bağlı məlumat verilmir.

Chosen
16
cebheinfo.az

1Sources