EN

Putinin növbəti hədəfi bu ölkələr olacaq -

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyanın Kursk vilayətində Ukrayna ordusuna qarşı döyüşən Şimali Koreya əsgərlərinin cəbhədən qaçmağa başladığını bildirib. Metbuat.az xəbər verir ki, Ukraynanın Kursk bölgəsində bəzi yaşayış məntəqələrini ələ keçirdiyini deyən Zelenski, bu bölgəyə hücumun Rusiya ilə mümkün danışıqlar üçün böyük əhəmiyyət daşıdığını bildirib. Zelenski, "Bu, çox vacib əməliyyatdır. Müharibəyə son qoymaq üçün diplomatik razılaşma əldə etdikdə, rusların Kursk istiqamətində Ukraynaya hansı şərtləri qoyacağını görəcəksiniz. Bu, çox vacib addım idi", - deyə bildirib.

Zelenski Putinin müharibəni davam etdirmək istədiyini və Belarus üzərindən Polşa və ya Baltikyanı ölkələrə qarşı təxribatlara cəhd edə biləcəyini ifadə edib.

Chosen
13
metbuat.az

1Sources