Bakı. Trend:
Orta məktəblərə direktor təyinatında namizədlərin sertifikasiyabalı nəzərə alınacaq.
Trend xəbər verir ki, bunuElm və Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdədeyib.
Nazir bildirib ki, ümumi təhsil müəssisələrinə direktormüavinlarinin işə qəbulunda da namizədlərin sertifikatlaşdırma balıvə müəssisə rəhbərinin rəyi nəzərə alınacaq.
"Şərtləri ödəyən namizədlər müsahibə mərhələsində iştirakedəcəklər",- deyə o əlavə edib.