EN

Egey dənizində seysmik aktivlik aylarla davam edə bilər

Bakı, TurkicWorld

Muğla Sıtkı Koçman Universiteti Geologiya Mühəndisliyi Bölümünün professoru, Prof. Dr. Qonca Kuşcu, Egey dənizində müşahidə olunan seysmik aktivliyin vulkanik fəaliyyətə səbəb olmadan aylarla davam edə biləcəyini bildirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, j urnalistlərə açıqlama verən Kuşcu, geoloji xüsusiyyətləri nəzərə alaraq Egey dənizində həm vulkanik, həm də tektonik seysmik fəaliyyətlərin normal olduğunu vurğulayıb.

O, bu fəaliyyətlərin baş verdiyi Kristiana-Santorini-Kolumbo vulkanik sistemində 25 kiçik sualtı vulkanın mövcud olduğunu qeyd edib və bu bölgənin Cənubi Egey vulkan qövsü kimi tanınmasının vacibliyini vurğulayıb.

Kuşcu, bu seysmik fırtınanın necə nəticələnəcəyinin zamanla məlum olacağını və ciddi bir fəlakətlə sonlanmamasına ümid etdiyini deyib. O, vulkanların aktivləşəcəyi təqdirdə 30 kilometr radiusunda təhlükənin yarana biləcəyini qeyd edib.

Bundan əlavə, Kuşcu sunami riskinin təkcə vulkanik fəaliyyətlərdən deyil, həmçinin zəlzələ və sürüşmələrdən də qaynaqlana biləcəyini bildirib.

Chosen
17
turkic.world

1Sources