EN

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

Bakı, 6 fevral, AZƏRTAC

Türkiyənin "Qalatasaray" komandası növbəti transferini reallaşdırıb.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Belçikanın "Genk" klubundan Karlos Kuestanı heyətinə qatıb. Kolumbiyalı müdafiəçi ilə 3,5 illik müqavilə imzalanacaq. "Cim-bom" bu keçid üçün qarşı tərəfə 8 milyon avro təzminat ödəyəcək.

Amma "Qalatasaray"ın 26 yaşlı oyunçu ilə anlaşması azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb. Tərəfdarların hava limanında klubun, yeni futbolçunun əleyhinə şüarlar səsləndirəcəyi və narazılıq bildirəcəyini, eləcə də oyunçunun bundan narahat olacağını nəzərə alan Superliqa təmsilçisi onu İstanbula gizli gətirib.

Qeyd edək ki, Karlos Kuesta "Qalatasaray"ın qış transfer pəncərəsində heyətinə qatdığı 4-cü futbolçudur. Klub daha əvvəl Ahmet Kutucu, Alvaro Morata və Mario Leminanın keçidini həll edib.

Chosen
14
1
azertag.az

2Sources