EN

Durov Fransanı tərk edə bilməyəcək

“Telegram”ın sahibi, milyarder iş adamı Pavel Durovla bağlı yeni məlumat var.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, sahibkarın işi ən azı bir il məhkəməyə verilməyəcək.

Həmin səbəbdən Durov Fransada qalmağa məcburdur. Məhkəmənin yubadılması faktını Paris prokurorluğunun nümayəndəsi Maylis de Rek Uired müsahibəsində bildirib. De Rek sənədlərin hələ hazırlıq mərhələsində olduğunu bildirib.

O, həmçinin vurğulayıb ki, hüquq-mühafizə orqanlarının tələbi ilə “Telegram”ın məlumat verməkdən imtina etməsi səbəbindən bir çox araşdırmaların dalana dirəndiyi məlum olduqdan sonra prokurorluq Pavel Durovun həbsinə order vermək qərarına gəlib.

Xatırladaq ki, Durov avqustun 24-də “Le Burje” hava limanında saxlanılıb. Bir neçə gün sonra o, qeyri-qanuni əməliyyatlar üçün onlayn platforma işlətmək, hakimiyyət orqanları ilə əməkdaşlıqdan imtina etmək və mütəşəkkil qrupun tərkibində cinayətləri gizlətmək və s. ittiham edilib. Milyarder 5 milyon girov müqabilində Fransadan çıxmasına qadağa qoyularaq sərbəst buraxılıb.

Zərintac MayisqızıMissiya.Az

Chosen
48
1
missiya.az

2Sources