EN

Azərbaycanın bütün məktəblərində telefon qadağan ediləcək

Yeni tədris ilində bütün ölkə məktəblərində şagird davranış qaydalarının tətbiqi planlaşdırılır.
Manset.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev deyib. O qeyd edib ki, şagird davranış qaydaları 329 məktəbdə 2 tədris ili pilot olaraq tətbiq edilib. "Pilot müəssisələrdə monitorinqlər həyata keçirilib və müsbət geridönüşlər əldə edilib", - nazir bildirib.

Qeyd edək ki, şagird davranış qaydalarına əsasən, təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Chosen
23
7
manset.az

8Sources