EN

"Məktəblinin dostu” layihəsi əhatə dairəsini genişləndirir"

Təhsil müəssisələrində təhlükəsiz və sağlam mühitin yaradılması məqsədilə həyata keçirilən “Məktəblinin dostu” layihəsi əhatə dairəsini genişləndirir". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, 2016-2017-ci illərdə cəmi 30 məktəbdə tətbiq edilən bu layihə 2024-2025-ci tədris ili üçün 238 məktəbi əhatə edəcək və 400 min şagirdi əhatə etməyi planlaşdırır: "Layihənin əsas məqsədləri müəllim və şagirdlər üçün təhlükəsiz mühitin yaradılması, eləcə də fövqəladə hallarda ilkin tibbi və psixoloji yardım göstərilməsidir. Elm və Təhsil Nazirliyi tərəfindən “Şagird davranış qaydaları”nın genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. Pilot layihə kimi 329 ümumi təhsil müəssisəsində iki il ərzində tətbiq edilən bu qaydalar üzrə monitorinq və təhlillər aparılıb və təkliflər formalaşdırılıb. Növbəti tədris ilindən isə bu sistemin bütün dövlət ümumi təhsil müəssisələrində tətbiqi nəzərdə tutulur.

Yeni davranış qaydalarına təhlükəsizlik, psixoloji sağlamlıq, şagirdlər arasında ayrı-seçkiliyin qarşısının alınması, həmçinin verbal, sosial-psixoloji və kibertəhlükəsizlik sahəsində zərərli davranışların məhdudlaşdırılması kimi məsələlər daxildir”.

Chosen
19
2
sia.az

3Sources