EN

"Hərbi əməliyyatlardan sonra İsrail Qəzza zolağını ABŞ-yə təhvil verəcək" - Tramp

Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

“Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək. Fələstinlilər artıq bölgədə daha təhlükəsiz və daha gözəl icmalara, yeni və müasir evlərdə yerləşdiriləcəklər”, - Tramp qeyd edib.

Chosen
31
11
azpolitika.info

10Sources