Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, Sahil Babayev 2018-ci ilin aprelindən bəri əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsini icra edirdi.
Bizim.Media