EN

Memfis Depay cərimələndi və şərti həbs cəzası aldı

“Korintians”ın niderlandlı mərkəz hücumçusu Memfis Depay şərti həbs cəzası alıb və həmçinin pul cəriməsi ödəməyə mükəlləf edilb.

Arena.az “RMC Sport” dərgisinə istinadən məlumat verir ki, Depay sərxoş halda avtomobil idarə etdiyinə görə cəzlandırılıb.

Şərti həbsin müddəti açıqlanmasa da, Depayın 9 min avro məbləğində cərimə ödəyəcəyi məlumdur.

Xatırladaq ki, Depay 2024-cü ilin avqust ayının 6-da sərxoş halda sükan arxasında ikən Monakoda yol polisi tərəfindən saxlanılıb. O vaxt Madrid “Atletiko”sundan ayrılmış Depay azad agent qismində olub. Yoxlama zamanı niderlandlı futbolçunun verdiyi nəfəsin litrində 1,01 mq alkoqol aşkarlanıb ki, bu da qanın bir litrində 2 qramdan artıq alkoqol deməkdir.

Depay Niderlandın PSV klubunun məzunudur. 2011-ci ildə peşəkar futbolçu karyerasına başlamış Depay “Mançester Yunayted”, Lion “Olimpik”i, “Barselona” və Madrid “Atletiko”sunda çıxış edib.

2024-cü ilin sentyabr ayından Depay “Korintins”ın uğurları üçün çalışır. Depayın Braziliya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin dekabr ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Depay “Korintinas” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 4 oyun keçirib.

Memfis Depay 2013-cü ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 98 oyuna çıxıb, 46 qol vurub, 32 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 30 yaşlı niderlandlı mərkəz hücumçusu Memfis Depayın transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Chosen
31
arena.az

1Sources