Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, həmin nəzarətçilər 2024-cü il ərzində imtahanlarda köçürməyə şərait yaratmaq, materialların səhv paylanılması, etik davranış qaydalarının pozulması, imtahana gəlməmək, zalda imtahan rəhbəri tərəfindən mobil telefonun aşkar edilməsi və s. kimi hallara yol verdiklərinə görə DİM-in zal nəzarətçisi bazasından çıxarılıblar.
Mərkəzin məlumatında qeyd edilib ki, 2024-cü ildə keçirilən imtahanlara cəlb edilməsi nəzərdə tutulan nəzarətçilər bazası 15 min 661 nəfərdən ibarət olub. Onlardan 4 min 41 nəfəri - ümumi bazanın 25,8%-i zal nəzarətçisi sertifikatı almış şəxslərdir.
Ötən il respublika üzrə imtahanlara 14 min 428 nəzarətçi 55 min 133 dəfə cəlb edilib. Hər bir nəzarətçi ortalama olaraq 3,8 dəfə imtahana cəlb edilib.
7Sources
-
qaziler.azİmtahanda səhvə yol verən 194 zal nəzarətçisi bazadan çıxarıldı - RƏSMİ ( 15297993)
-
modern.azDİM 194 imtahan nəzarətçisi müəllimi işdən ÇIXARDI ( 15297647)
-
sia.az194 zal nəzarətçisi DİM-in bazasından çıxarılıb ( 15297465)
-
azedu.az194 zal nəzarətçisi DİM-in bazasından çıxarıldı - SƏBƏB ( 15297317)
-
aznews.azÖtən il 194 zal nəzarətçisi DİM-in bazasından çıxarılıb ( 15297291)
-
demokrat.azÖtən il 194 zal nəzarətçisi neqativ hallara yol verdiyinə görə DİM-in bazasından çıxarılıb ( 15297295)
-
report.azÖtən il 194 zal nəzarətçisi neqativ hallara yol verdiyinə görə DİM-in bazasından çıxarılıb ( 15297191)