ABŞ Prezidenti Donald Tramp bu gün Kapitolidə keçiriləcək Milli Dua Səhərində iştirak edəcək.
"Cebheinfo.az" "Associated Press"-ə istinadən xəbər verir ki, artıq 70 ildən çoxdur davam edən və iki partiyadan olan qanunvericiləri bir araya gətirən Vaşinqton ənənəsidir.
Tramp həmçinin, özəl bir qrupun sponsorluğu ilə Vaşinqton otellərindən birində keçiriləcək ayrıca dua səhərində də çıxış edəcək.
Trampın prezidentliyi dövründə qatıldığı son Milli Dua Səhəri çox səs-küy yaratmışdı.
O zaman tədbir Senatın onun ilk impiçment məhkəməsində günahsız olduğuna qərar verməsindən bir gün sonra baş tutmuşdu.
Tramp çıxışında o vaxt NümayÉ™ndÉ™lÉ™r Palatasının spikeri olan demokrat Nensi Pelosini vÉ™ Respublikaçı senator Mitt Romnini tÉ™nqid etmiÅŸdi.Â
Pelosi Tramp üçün dua etdiyini açıqlamış, Romney isə inancına əsaslanaraq Trampın əleyhinə səs verdiyini bildirmişdi.
"İnamını bəhanə edib səhv iş görən insanları sevmirəm", - deyə Tramp o zaman belə demişdi.
Qeyd edÉ™k ki, Milli Dua SÉ™hÉ™ri É™nÉ™nÉ™si 1953-cü ildÉ™, o zamankı prezident Duayt Eyzenhauerin ilk dÉ™fÉ™ tÉ™dbirÉ™ qatılması ilÉ™ baÅŸlayıb.Â
O vaxtdan bəri bütün ABŞ prezidentləri bu toplantıya qatılıblar.
Bu ilki dua səhərinin fəxri həmsədrləri demokrat senator Məqqi Həsən (Nyu-Hempşir) və respublikaçı senator Rodcer Marşall (Kanzas) olacaq.
2023-cü ildÉ™ Milli Dua SÉ™hÉ™ri iki ayrı tÉ™dbirÉ™ bölünüb: biri Kapitoli tÉ™pÉ™sindÉ™, É™sasÉ™n, qanunvericilÉ™r vÉ™ hökumÉ™t rÉ™smilÉ™ri üçün, digÉ™ri isÉ™ minlÉ™rlÉ™ insanın qatıldığı daha böyük özÉ™l mÉ™rasim.Â
Bölünmə, qanunvericilərin illərdir tədbiri təşkil edən özəl dini qrupdan uzaqlaşmaq istəməsi və təşkilatın maliyyələşdirilməsinə dair sualların yaranması ilə bağlı olub.
Xatırladaq ki, 2023-2024-cü illərdə Co Bayden Kapitolidə keçirilən tədbirdə çıxış edib və onun nitqi canlı efirdə yayımlanıb.