EN

Dövlət Komitəsi yeni yola görə söküləcək peşə məktəbində məskunlaşmış məcburi köçkünlərlə görüş keçirib

Bakı şəhəri Nərimanov rayonu Rövşən Əliyev küçəsi 8 ünvanında yerləşən 66 saylı Texniki peşə məktəbinin inzibati binasında müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüş keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə əlaqədar müəyyən razılıq əldə olunub.

“Yaxın vaxtlarda məsələ həllin tapacaq”, - qeyd olunub.

Qeyd edək ki, Bakı şəhərində yeni yolun çəkilişi ilə əlaqədar 20 keçmiş məcburi köçkünün məskunlaşdığı peşə məktəbinin binası da söküləcək.

Chosen
18
1
apa.az

2Sources