EN

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında simpozium keçirilib

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi elmi araşdırmaların təqdimatı və simpozium keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov, Baş Klinik Hospitalın və Mərkəzi Hərbi Poliklinikanın nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Simpoziumda Müdafiə Nazirliyində ilk dəfə olaraq Baş Klinik Hospitala və Mərkəzi Hərbi Poliklinikaya müraciət edən xəstələr üzərində aparılan tibbi elmi araşdırmalardan, yeni praktik müalicə yanaşmalarından, Nevrologiya və Dermatologiya bölməsində aparılan elmi tədqiqatın nəticələrinin məqalə olaraq Q1 kvartilli beynəlxalq səviyyəli elmi jurnalda dərc olunaraq "PubMed", "Scopus", "Web of Science" kimi beynəlxalq tibbi elmi platformalarda indekslənməsindən danışılıb.

Chosen
41
3
qht.az

4Sources