Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Zirə" ilə qarşılaşan "Araz-Naxçıvan" ciddi itki ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, meydan sahiblərinin aparıcı üzvlərindən olan Ramon Maçado zədələnib.
Matçın 10-cu dəqiqəsində rəqib futbolçusu ilə toqquşan braziliyalı hücumçu ayağa qalxa bilməyib. Həkimlərin müdaxiləsindən sonra 13-cü dəqiqədə onu meydandan xərəkdə çıxarıblar.
Maçadonu Ülvi İsgəndərov əvəzləyib.