EN

Məktəblərdə dərslərin başlama vaxtını direktor və valideyn tənzimləyə bilər

Məktəblərdə dərslərin başlama vaxtının dəyişməsini direktor və valideyn tənzimləyə bilər.

TƏHSİL.BİZ xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bugün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, nazirlik belə hallara etiraz etmir.

"Misal olaraq, kənd məktəblərində övladı təhsil alan valideynlər deyə bilər ki, dərs orada saat 8-də yox, məhz saat 8:30, yaxud 9:00-da başlasın, nazirlik olaraq buna etiraz etmərik", - E.Əmrullayev qeyd edib.

Chosen
14
4
tehsil.biz

5Sources