EN

Azərbaycanda elektron ticarət və nağdsız ödənişlərin həcmi 60%-dən çox artıb

Elektron ticarətin həcmi isə 27 milyard manat artıb.

Fins.az MÉ™rkÉ™zi Banka istinadÉ™n xÉ™bÉ™r verir ki, 2024-cü ildÉ™ AzÉ™rbaycanda debet vÉ™ kredit kartları vasitÉ™silÉ™ hÉ™yata keçirilÉ™n ölkÉ™daxili naÄŸdsız ödÉ™niÅŸlÉ™rin hÉ™cmi 78 milyard 882 milyon manat (É™vvÉ™lki illÉ™ müqayisÉ™dÉ™ 60,9 faiz vÉ™ ya 29,8 milyard manat çox) təşkil edib.

Ötən il kartlar vasitəsi ilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin 66 milyard 515 milyon manatı ( 84,3 faizi) elektron ticarətin payına düşüb ki, bu da 2023-cü illə müqayisədə 69,8 faiz və ya 27,3 milyard manat çoxdur.

Hesabat dövründə sözügedən nağdsız ödənişlərin 12 milyard 274 milyon manatı POS-terminallar, 83 milyon manatı özünə xidmət terminalları, 10 milyon manatı isə bankomatlar vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, 2025-ci il yanvar ayının 1-nə ölkədə debet kartlarının sayı 17 milyon 642 min ədəd, kredit kartlarının sayı isə 2 milyon 256 min ədəd olub.

Fuad Mədətov
Fins.az

Chosen
33
5
fins.az

7Sources