Bakı. Trend:
Müəllimi həm kollecdə, həm bakalavr, həm də magistr pilləsindəhazırlayırıq. Sual ondan ibarətdir ki, bunların bir-birindən fərqinədir?
Trend xəbərverir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçünkeçirilən brifinqdə çıxışı zamanı deyib.
“Məsələn tar ifaçısı ixtisası. İnsan 7 illik musiqi məktəbindədə, 11 illik məktəbdə də, bakalavrda da, magistrda da bunu öyrənir.Sonda adam nə edir? Tar çalır. Magistratura bitirmiş tar çalanla,kollec bitirmiş tar çalan arasında nə fərq var? Məndən soruşsanızburada tarixilik problemimiz var.Çünki 1930-cu illərdə müəllimçatışmazlığı olub, ikillik müəllim hazırlığına ehtiyac olub. İkiilə oxuyan adamı müəllim edib məktəbə göndəriblər ki, heç olmasayazı-pozunu uşaqlara öyrətsin.
Amma 21-ci əsrdə tamam başqa müəllimə ehtiyacımız var. Mütləqqaydada bunlar dəyişməlidir”, - deyə o bildirib.