Tramp İsrailə “Bütün bombaların anası”nı vermək qərarını açıqlayıb. MOAB (Massive Ordnance Air Blast) dünyanın ən güclü nüvə xarici bombalarından biri hesab edilir.
Bu 11 tonluq nəhəng bomba yer altı sədləri, o cümlədən İranın nüvə obyektlərini də deşə biləcək gücə malikdir. Əvvəlki ABŞ prezidentləri bu silahı verməkdən imtina ediblər, çünki bunun eskalasiyaya səbəb olacağından narahat idilər.
Ekspertlər bu bombanın İsrailə verilməsinin İranın nüvə obyektlərinə hücum etmə planları ilə əlaqəli ola biləcəyini irəli sürürlər. İsrailin kəşfiyyatına görə, İran artıq bu il nüvə silahı əldə edə bilər.
Bu barədə Tribunainfo.az-a açıqlama verən politoloq Elşən Manafov bildirib ki,
ABŞ prezidenti Trampın Yaxın Şərq böhranın nizama salınması ilə bağlı məlum mövqeyini bəyənməyən və onu qəti şəkildə pisləyən məhz İrandır.
Politoloqun sözlərinə görə, Tramp hələ birinci prezidentliyi dövründə açıq aşkar İsrailpərəst mövqe tutmuş, hətta BMT TŞ-sı qətnamələrinin əleyhinə olaraq Holand yüksəkliklərinin İsrailə məxsus olduğunu bildirmiş, müstəqil şəhər sayılan Yerusəlimi isə İsrail paytaxtı kimi tanıyacağını bildirmişdi.
“Bu gün Tramp bəyan edir ki, artıq
Səudiyyə Ərəbistanı özü belə Yaxın Şərq probleminin nizamlanması üçün ikili dövlət ideyasını, yəni İsraillə yanaşı Fələstin dövlətinin yaradılması zərurətinin vacib olduğunu bildirmir. İran isə digər ərəb dövlətlərindən fərqli olaraq Fələstin məsələsində bir addım belə geriyə yol atmaq istəmir.
İranın qəti və birmənalı mövqeyi onun siyasi iradəsi və qətiyyətinin sındırılması zərurətini gücləndirib. Məhz buna görə, Tramp İsraili ən müasir silahlar, o cümlədən bombalarla silahlandıraraq həm ona qorxu, hərbə-zorba gəlmək, həm də İranın ABŞ effetiv zərbələr endirmək imkanlarının qarşısını almaq üçün onun nüvə çalışmaları ətrafındakı işlərini durdurmaq istəyirlər. İranda generel Süleyman Qasiminin də Trampın şəxsi göstərişi ilə qətlə yetirildiyini də yaxşı xatırlayırlar.
Tramp İranın nüvə çalışmaları ətrafındakı tədqiqatlarını dayandırmaq məqsədi İsraili İran tərəfindən ehtimal olunan hücumlardan qorumaq istəyindən irəli gəlir”.
Dəniz