EN

Ucarda xəsarət alan şagirdin babası DANIŞDI: "Barmaqları kəsilib"

Ucar rayonunun Rəstəcə kəndində məktəblilər arasında insident yaşanıb. Kənd tam orta məktəbinin 9-cu sinif şagirdi sinif yoldaşına bıçaqla ağır xəsarət yetirib. Hadisə məktəbin sinif otağında baş verib.

Xəsarət alan şagird ilkin olaraq Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Göyçay Rayon Xəstəxanasına köçürülüb.

Zərərçəkənin babası Əlniyaz Fərzəliyev nəvəsinin sol qolundan ciddi xəsarət aldığını bildirib:

"Bu hadisə sinifdə olub. Mən işdə idim. Müəllim zəng edib xəbər verdi. Gördüm sol qolundan qan axır. Həkim dedi ki, barmaqları kəsilib."

Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən News365.az-a bildirilib ki, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyinin və idarənin nəzarətindədir.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin sözçüsü Zeynal Rəşidli xəsarət alan şagirdin dərhal tibb müəssisəsinə aparıldığını və vəziyyətinin stabilləşdiyini bildirib.

Hadisə ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırma aparılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatına görə, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Chosen
35
news365.az

1Sources