EN

Yunanıstan Qərbi Trakya türklərini tanımaqdan imtina edir

Bakı, TurkicWorld

Qərbi Trakya türkləri Yunanıstan hökumətinin onları rəsmi olaraq tanımaqdan yayındığını, etnik kimliklərini sistemli şəkildə inkar etdiyini və hüquqlarına məhəl qoymadığını bildiriblər.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, Avropada Qərbi Trakya Türkləri Federasiyası (ABTTF), Avropa İttifaqı (Aİ) Komissiyasının üzv ölkələrdə vətəndaş cəmiyyəti təşkilatları və maraqlı tərəflər üçün başlatdığı onlayn məsləhətləşmə prosesinə qatılaraq, 2025-ci il Qanunun Aliliyi Hesabatına yazılı hesabat verib.

Hesabatda Yunanıstanın Qərbi Trakyada türk icmasının varlığını və etnik kimliyini sistematik şəkildə inkar etdiyi vurğulanıb.

Bundan əlavə, Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) azlıqların birləşmək azadlığı ilə bağlı qərarlarının 17 ildir icra edilmədiyi xatırladılıb.

ABTTF hesabatında bildirilib ki, 2024-2025-ci tədris ilində 4 türk ibtidai məktəbi bağlanıb və nəticədə 2011-ci ildə 188 olan türk ibtidai məktəblərinin sayı 86-ya düşüb.

Həmçinin, İskeçə Türk Azlıq Orta və Liseyi üçün yeni bina tələbinə Yunanıstan rəhbərliyi reaksiya verməyib.

Hesabatda vurğulanıb ki, Qərbi Trakya türk icmasının millət vəkilləri və nümayəndələri Yunanıstan mediasında nifrət nitqinə məruz qalır.

Bundan başqa, Yunanıstan hökumətinin Qərbi Trakya türklərinin öz seçdiyi müftiləri tanımadığı, əvəzində rəsmi şəkildə öz müftilərini təyin etdiyi də qeyd olunub.

ABTTF, Aİ-nin bu insan haqları pozuntularına qarşı konkret addımlar atmalı olduğunu bildirib.

Chosen
9
turkic.world

1Sources