EN

“Teymur Əmrah, ayıbdır” — Elvin də tənqid etdi

Müğənni Elvin Abdullayev Əməkdar artist Teymur Əmrahın müğənnilər Manaf Ağayev, Zeynəb Həsəni, Damlanın ifasını tərifləməsini tənqid edib.

Bununla bağlı paylaşım edən ifaçı T.Əmraha bu cür çıxışı yaraşdırmadığını qeyd edib:

"Dünya tərsinə dönür, yoxsa mənə elə gəlir? Teymur Əmrah, ayıbdır. Pedaqoqun bu cür çıxışından sonra hansı keyfiyyətdən, uğurdan və savadlı musiqidən söhbət gedə bilər. Heç olmasa, siz yox. Bilmirəm nəyin müqabilində bu cür şeylər baş verir, amma lazım deyil. İnsanları çaş-baş salmayın".

Chosen
39
2
demokrat.az

4Sources