EN

"Real"ın sabiq futbolçusu karyerasını başa vurdu

"Real Madrid"in və Braziliya millisinin sabiq futbolçusu Marselo peşəkar karyerasını başa vurduğunu açıqlayıb.   Manset.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində müvafiq video paylaşıb. Marselonun 36 yaşı var və "Fluminense" futbol klubunun yetirməsidir. Müdafiəçi 2007-ci ildə "Real Madrid"ə keçib. Bu klubun heyətində braziliyalı ümumilikdə 25 kubok qazanıb. Marselo beş dəfə Çempionlar Liqasını, altı dəfə İspaniya çempionluğunu və iki dəfə İspaniya kubokunu qazanıb.

2022-ci ilin yayında müdafiəçi Yunanıstanın "Olimpiakos"una keçib, lakin 2023-cü ilin fevralında müqaviləyə xitam verib. 2023-cü ilin fevralından 2024-cü ilin noyabrına qədər Marselo “Fluminense”də çıxış edib.

Chosen
9
1
manset.az

2Sources