EN

Məktəb və universitetlərdə iş saatları dəyişə bilər - Nazir

Prezident İlham Əliyev 2025-2030-cu illəri əhatə edən bəzi dövlət qurumlarında iş saatlarının dəyişdirilməsi ilə bağlı dövlət proqramını təsdiqləyib. Proqramda, xüsusilə, məktəblər və universitetlər üçün yeni iş saatlarının tətbiqi nəzərdə tutula bilər.

Elm və Təhsil naziri Emin Əmrullayev bu barədə Ajans.az-ın sorğusuna cavab olaraq bildirib:

Bu dəyişikliklər valideynlərin, şagirdlərin və tələbələrin gündəlik həyatını daha rahat şəkildə təşkil etmək məqsədini daşıyır. 

"Biz istəyirik ki, bu məsələ həm valideynlər, həm də şagird və tələbələr üçün rahat şəkildə həyata keçirilsin."

Dəyişikliklərin nə zaman və hansı formada tətbiq ediləcəyi ilə bağlı əlavə məlumatın yaxın aylarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Chosen
34
Ajans.az

1Sources