EN

Kristiano Ronaldo oğlu ilə birgə oynamağı arzulayır?

“Əl-Nəsr”in portuqal ulduz hücumçusu Kristiano Ronaldo oğlu ilə birlikdə futbol meydanında çıxış edəcəyi ehtimal haqda söhbət açıb.

Arena.az “O Jogo” dərgisinə istinadən məlumat verir ki, portuqal ulduz oğlunun peşəkar futbolçu olmayacağı halda ona bəsləyəcəyi münasibətdən də danışıb:

“Oğlumla birlikdə oynamaqmı? Müəyyənliklə oynamaq istərdim, amma yenə də, bu, gecələr narahat olduğum bir xüsus deyil. Görək, nə olacaq. Daha doğrusu, bu, məndən daha çox, ondan asılıdır. İllər ötüb gedir və mənim futbolu tərk etməli olduğum zaman gələcək. Karyeramı uzatsam da, davam edə bilməyəcəyim bir an olacaq, amma bu barədə vəsvəsə görmürəm.

Oğlum öz yol ilə gedəcək və mən, onun hansı peşəni seçməsindən asılı olmayaraq, qürurlu bir ata olacağam. Əgər o, oynasa – əla, əgər bu, olmasa, mən cəhd etmişəm, heç olmasa çox çalışmışam, amma bu, bir fəsad da olmayacaq”.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz Səudiyyə Ərəbistanı klubuna 2023-cü ilin yanvar ayında “Mançester Yunayted”dən azad agent qismində keçib.
Ronaldonun “Əl-Nəsr”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 25 oyuna 23 qol və 4 məhsuldar ötürmə ilə fərqlənib.

Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 89 oyun, 81 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqasının 2023/2024-cü illər mövsümünün ən sərrast qolçusu (35 qol) olub.

Ronaldo Portuqaliya yığmasının heyətində 215 oyuna 135 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığması ilə Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

Chosen
38
2
arena.az

10Sources