EN

Bakıda qadını şantaj edib 4500 manat pul tələb edən şəxs yaxalandı...

Image

Paytaxt sakini olan 32 yaşlı qadın polisə müraciət edərək bir nəfərin ona məxsus fotoşəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədə-qorxu gəldiyini və 4500 manat pul tələb etdiyini bildirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən 35 yaşlı T.Əhliyarlı müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

ZÜMRÜD





Chosen
53
14
baki-xeber.com

10Sources